Elektrik enerjisinin ixracı artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-may aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, 5 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 53 milyon 328 min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 393 milyon 413 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 805 min dollar olub. 

Beləliklə də, bu ilin yanvar-may aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfəyədək artıb.

20.06.2018 16:42 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2018
    22.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo