Yurdumuza yay gəlir

Samir Soltanov/AZADİNFORM. Bu il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də gələcək. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından Azadinform-a verilən məlumata görə, həmin vaxt yay Günəş qarşıdurması anı adlanır. 

Qeyd edək ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 20:15-də qədəm qoyub. Həmin vaxt yaz gecə-gündüz bərabərliyi adlanır. Payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

20.06.2018 15:26 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo