İran XİN: "Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri bizə məxsus deyil"

“Yaxın Şərqdə yerləşdirilən 80 nüvə başlığının heç biri İrana məxsus deyil”.

Azadinform İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif “Twiiter” səhifəsində yazıb.

“Həmin başlıqlar daim İranın nüvə ambisiyasından danışan hərbi rejimin əlindədir. Bunun regiona, eləcə də dünyaya yaratdığı təhlükəni müzakirə etməyin vaxtı çoxdan çatıb”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, M.Zərif həmin faktı İsveçin Stokholm şəhərində yerləşən Dünya problemlərini araşdıran beynəlxalq institutun hesabatından götürüb. Bu qurum tərəfindən 2018-ci ilin yanvarında yayılmış hesabata əsasən, İsrailin 80 nüvə başlığı var. İsrail rəsmiləri bu məlumatı nə qəbul, nə də təkzib edir.

19.06.2018 16:19 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo