Bakıda musiqi festivalı keçiriləcək

AZADİNFORM. İyunun 21-də Bakı şəhərində musiqi festivalı keçiriləcək.

Azadinform Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu dəfə musiqi İçərişəhərdə, Bakının Nizami küçəsində, Fəvvarələr meydanında və şəhərin digər yerlərində səsləndiriləcək.

Tədbir Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, Street Food Festival və Maks Eventslə birgə təşkil olunacaq.

Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini təbliğ edir.

19.06.2018 16:05 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo