Azərbaycandan Gürcüstana qaz ixracı 16,5% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 794 min 155,9 kubmetr qaz ixrac edib.

İxrac olunmuş təbii qazın dəyəri 142 mln. 548,5 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana qaz ixracı həcm baxımından 112 min 622,6 kubmetr və ya 16,5% çoxdur.

Məbləğ baxımından isə illik nisbətdə təbii qazın ixracı 25 mln. 650,7 min dollar və ya 21,9 % çoxdur. (apa)

19.06.2018 14:11 / Baxılıb: 238 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo