Qubada iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

AZADİNFORM. Qubada oğurluq faktının üstü açılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azadinform-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində onun digər oğurluqlar da törətdiyi məlum olub. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan  müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

19.06.2018 13:56 / Baxılıb: 294 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo