BMT-nin Ali Komissarı Azərbaycanı fəal əməkdaşlıq edən ölkə adlandırıb

İyunun 18-də BMT-nin İnsan Hüquqları Şurasının 38-ci sessiyası işə başlayıb.

Azadinform-un xəbərinə görə, sessiyanın açılış mərasimində BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad Al Huseyn hazırkı vəzifəsində sonuncu dəfə çıxış edərək dünya miqyasında insan hüquqlarının vəziyyəti ilə bağlı qiymətləndirməsini təqdim edib.

Çıxışı zamanı Ali Komissar dünyanın bir sıra ölkələrində insan hüquqlarının hazırkı vəziyyətini tənqid edib və 4 illik fəaliyyəti müddətində onun rəhbərlik etdiyi Ofislə və BMT-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa tərəddüdlü yanaşan dövlətləri sadalayıb.

Ali Komissar, həmçinin BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri ilə açıq və fəal əməkdaşlıq edən və onların səfərlə bağlı müraciətlərinə müsbət cavab verən 19 ölkənin adını sadalayıb.  Qeyd olunan ölkələr son 5 il ərzində BMT-nin 5-dən artıq insan hüquqları üzrə xüsusi məruzəçisini öz ölkəsində qəbul etmiş ölkələrdir. 

Təqdirəlayiq haldır ki, sözügedən ölkələrin sırasında Azərbaycanın da adı qeyd olunub. Siyahıdakı digər ölkələr isə ABŞ, Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Çili, Gürcüstan, Qana, Yunanıstan, Honduras, İtaliya, Qazaxıstan, Meksika, Koreya Respublikası, Serbiya, Şri Lanka, Tunis və Ukrayna olub. 

Xatırladaq ki, BMT-nin insan hüquqları üzrə Ali Komissarı ötən ilin iyun ayında İnsan Hüquqları Şurasının 35-ci sessiyasının açılışındakı çıxışında Azərbaycanı BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarına hesabatlarını vaxtında təqdim edən azsaylı ölkələrdən biri kimi qeyd etmişdi. 

19.06.2018 12:17 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo