İlk ikiekranlı noutbuk təqdim olunub

“Asus” şirkəti “Computex 2018” sərgisi çərçivəsində “Project Precog” konseptual noutbukunu nümayiş etdirib. Qurğuda klaviatura əvəzinə, ikinci sensor ekran quraşdırılıb.

Azadinform “Life” resursuna istinadən yazır ki, noutbuk iki sensor displeydən ibarətdir. Onlardan biri klaviatura rolunu oynayır. Beləliklə, istifadəçi klavişli sahəni öz ehtiyaclarına uyğun quraşdıra bilər.

Həmçinin noutbukun hər iki tərəfini 180 dərəcə açaraq ondan böyük displey kimi istifadə etmək mümkündür.

Konsept şəklində olan “Project Precog” noutbukunun satışa çıxarılacağı barədə məlumat verilmir.

18.06.2018 16:43 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo