Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək.

Azadinform-un xəbərinə görə, iyunun 20-21-də keçirilməsi nəzərdə tutulan konfransın mövzusu “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” olacaq.

Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.

18.06.2018 16:28 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo