KXDR-də nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyekt var

KXDR nüvə-raket proqramı ilə bağlı üç mindən çox obyektə malikdir.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Munhwa Ilbo" qəzeti ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən məlumat yayıb.

"Şimali Koreyada ilk gizli nüvə çalışmalarını 1982-ci ildə ABŞ kəşfiyyatı qeydə alıb. O vaxtdan keçən 36 ildə KXDR-in nüvə obyektlərinin siyahısı daim artıb", - deyə qəzet yazıb.

Nəşrin mənbələri bu obyektlərin yoxlanmasının beynəlxalq ictimaiyyət üçün "ciddi çağırış" olacağını qeyd edirlər.

18.06.2018 16:13 / Baxılıb: 224 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo