Mülki öhdəliklərin icrasından yayınan şəxs saxlanılıb

İyunun 17-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 76 cinayət faktı qeydə alınıb.

Azadinform-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışda olan 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayınan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.  Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

18.06.2018 16:01 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo