Azərbaycanda aqrar sektor 9% böyüyüb

AZADİNFORM. Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 770,4 mln. manat təşkil edib ki, onun da 1462,7 mln. manatı heyvandarlıq, 307,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

Azadinform Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5%, o cümlədən bitkiçilik məhsulları üzrə 52%, heyvandarlıq məhsulları üzrə isə 2,5% artıb.

Hazırda ölkədə yaz-tarla işləri aparılır və iyunun 1-nə kimi 439 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. Mayın sonuna kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 %çox) kartof, 217,0 min ton (56,2 %çox) tərəvəz, 13,1 min ton (17,3 %çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 %çox) yaşıl çay yarpağı yığılıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 195,3 min ton, süd istehsalı 1,4% artaraq 829,1 min ton, yumurta istehsalı 0,3% artaraq 741,8 mln. ədəd, yun istehsalı isə 1,5% azalaraq 11,8 min ton olub.

18.06.2018 14:51 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo