Polşada turistlə dolu avtobus qəzaya uğrayıb

Polşada turistləri daşıyan avtobus dərəyə düşüb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, 50 insanın olduğu avtobus əvvəlcə qarşıdan gələn yol xəttinə çıxıb, sonra dərəyə yuvarlanıb.

Hazırda yol bağlanıb, ərazidə 6 təcili tibbi yardım dəstəsi və onlarla xilasetmə qrupu işləyir, yaralıları evakuasiya etmək üçün helikopterlər cəlb olunub.

18.06.2018 14:36 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2018
    22.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo