Neymar bir oyunda ən çox qayda pozuntusuna məruz qalan futbolçu olub

Dünya çempionatının qrup mərhələsində keçirilən Braziliya - İsveçrə qarşılaşması Braziliya millisinin futbolçusu Neymar üçün əlamətdar olub. 

Azadinform-un məlumatına görə, 26 yaşlı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada 10 dəfə qayda pozuntusuna məruz qalıb.

O, 1998-ci il Fransada keçirilən dünya çempionatından bəri bir oyunda ən çox qayda pozuntusu edilən oyunçu kimi tarixə düşüb.  

Qeyd edək ki, İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer 1998-ci dünya çempionatında Tunislə matçda 11 dəfə "foul"la üzləşib. 

18.06.2018 14:22 / Baxılıb: 234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo