Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

Cari ilin ilk dörd ayı ərzində Ukrayna Rusiya mallarının idxalını 31 faiz (2,6 mlrd. dollaradək) artırıb.

Azadinform-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət statistika xidmətinin məlumatında qeyd olunub.  

Məlumata görə, Ukrayna mallarının Rusiyaya ixracı 6,4 faiz azalaraq 1,2 mlrd. təşkil edib.  

Ümumilikdə, Rusiya idxalının Ukrayna iqtisadiyyatındakı payı 15,2 faiz təşkil edir.  

18.06.2018 14:07 / Baxılıb: 322 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo