"Lotu Quli"nin adamları saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi  (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

Məlumata görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (apa)

18.06.2018 13:37 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo