Bakıda intihara cəhdin qarşısı alınıb

Bakının Xəzər rayonunda bir nəfər intihara cəhd edib.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər birmərtəbəli fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

18.06.2018 12:24 / Baxılıb: 218 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo