ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

Azadinform-un ATƏT-ə istinadən verdiyi məlumata görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək.

İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq.

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.

18.06.2018 11:57 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo