Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur

AZADİNFORM. Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə Azadinform-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.

18.06.2018 11:02 / Baxılıb: 450 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo