Şabranda 1 ha sahədə yanğın, 1 nəfər tüstüdən zəhərlənib

Bu gün Şabran rayonunda yol kənarında 1 ha sahədə kol-kos və quru ot yanıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı evlərin çəpərləri və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

17.06.2018 18:23 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo