"Qarabağ" tunisli futbolçu ilə danışıqlar aparır

"Qarabağ" klubu hazırda Rusiyada keçirilən DÇ-2018-də çıxış edən Tunis milli komandasının futbolçusu Kərim Laribiyə transfer təklifi göndərib.

Azadinform "TuttoMercatoWeb" nəşrinə istinadən xəbər verir ki, hazırda 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə danışıqlar aparılır.

Laribi ötən iki mövsümü İtaliya B Seriyasında çıxış edən "Çezena" klubunda keçirib. O, üst-üstə 61 oyunda 8 qol vurub. Futbolçu 2017-ci ildən dəvət aldığı Tunis yığmasının heyətində 2 oyuna çıxıb.

Ötən mövsüm "Çezena" B Seriyasında 13-cü yeri tutub.

17.06.2018 17:15 / Baxılıb: 311 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo