Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

Nigeriyanın şimal-şərqində baş verən iki partlayış nəticəsində azı 31 nəfər həyatını itirib.

Azadinform xəbər verir ki, bu barədə yerli məmur və xalq könüllülərinin lideri Babakuru Koloya istinadən "Franc Press" məlumat yayıb.

Onun sözlərinə görə, hadisə gecə saatlarında Damboa şəhərində baş verib. Şəhər iki kamikadzenin hücumu və tank əleyhinə qumbaraların partladılması nəticəsində 31 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Agentliyin məlumatına görə, hücum ölkədə fəaliyyət göstərən radikal "Boko haram" qruplaşmasının yaraqlıları tərəfindən törədilə bilər.

17.06.2018 16:32 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo