"Qəbələ" ilk legioner transferini gerçəkləşdirib

2018/2019-cu il mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" futbol klubu yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.

Azadinform xəbər verir ki, "qırmızı-qaralar" Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Tirana"da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan futbolçu "Lokomotiva"nın formasını geyinib. 2012-ci ildən 2018-ci ilədək "Skenderbeu" klubunda oynayıb.

Yarımmüdafiəçi Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunun, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015-ci və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.

Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi yığma komandada 16 oyun keçirib.

17.06.2018 16:03 / Baxılıb: 292 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo