Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

Bu gün Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nokos Kotzias və Nokola Dimitrov Makedoniyanın "Şimali Makedoniya Respublikası" adlandırılmasının nəzərdə tutan sazişi imzalayıblar.

Azadinform-un məlumatına görə, bu barədə Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.

Sazişin imzalanması mərasimi  Yunanıstanın Makedoniya və Albaniya ilə sərhədində təşkil edilib. Sazişin imzalanması mərasimində BMT-nin Afina və Skopye arasındakı mübahisənin tənzimlənməsi üzrə vasitəçisi Metyu Nimits, BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yohannes Xan iştirak ediblər.

Saziş hər iki ölkənin parlamentində səsverməyə, o cümlədən Makedoniyada referenduma çıxarılmalıdır.  

17.06.2018 15:48 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo