Karakasda gecə klubunda partlayış nəticəsində 17 nəfər ölüb

Karakasdakı gecə klublarından birində gözyaşardıcı qaz qumbarasının partladılması nəticəsində 17 nəfər ölüb.

Azadinform-un  “Nacional” nəşrinə istinadən verdiyi xəbərə görə, insident “Los Cotorros” klubunda baş verib. Klubdakı şəxslərdən biri digəri ilə mübahisə zəminində gözyaşardıcı qaz qumbarası partladıb. Nəticədə 17 nəfər qazdan boğularaq ölüb. 

Beş nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən 8-i həddi-buluğa çatmamış yeniyetmədir.

Hadisə ilə əlaqədar qumbara atan şəxs də daxil olmaqla, 7 nəfər saxlanılıb. Araşdırma davam edir.  

17.06.2018 14:23 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo