Göyçayda minik avtomobili motosikletçini vurub

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Xəbərə görə hadisə Göyçay-Ucar avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəyirli kənd sakini Zaur Rəsulov idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə kənddən əsas yola çıxarkən motosikletlə hərəkət edən Çaxırlı kənd sakini Elvin Məmmədovu vurub. E.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

17.06.2018 13:40 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo