Türkiyənin Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.

Azadinform-un xəbərinə görə, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.

Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə  keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".

E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə  bu səsvermə prosesi  19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir.  Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".

Qeyd edək ki, Türkiyədə prezident  seçkiləri iyunun 24-də keçiriləcək.

17.06.2018 13:12 / Baxılıb: 636 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo