Avtomobilin piyadalara çırpılması nəticəsində 2 Azərbaycan vətəndaşı yaralanıb

Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.  

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.

Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir ukraynalı şəxs var.  

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.  

Araşdırma aparılır. 

17.06.2018 12:26 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo