Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər

Rusiyadakı futbol üzrə 2018-ci il dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Azadinform-un məlumatına görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.

Əvvəlcə Kosta-Rika ilə Serbiya kollektivləri üz-üzə gələcəklər. Günün ikinci matçı dünya çempionu Almaniya ilə Meksika komandaları arasında olacaq. Son qarşılaşmada isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika - Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. "Samara Arena”

22:00. Braziliya - İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. "Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, "Lujniki".

17.06.2018 10:57 / Baxılıb: 215 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo