| |||||
"Gələn il Antarktidada elmi tədqiqat bazası açacağıq"Türkiyə gələn il Antarktidada xüsusi elmi-tədqiqat bazası açacaq. Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi "Twitter" səhifəsində bildirib. "Biz 2019-cu ildə elmi baza quracağıq. Nəticədə Türkiyə Antarktidada elmi qütb stansiyası olan 30 ölkənin siyahısına düşəcək", - deyə Türkiyə liderinin məlumatında bildirilir. Türkiyə 1959-cu ildə imzalanmış və 1961-ci ildə təsdiq edilmiş Antarktidaya dair müqavilənin iştirakçılarından biridir. Bu sənədə əsasən materikdə ancaq elmi fəaliyyətə icazə verilir. 1982-ci ildə Antarktidanın dəniz canlılarının qorunması ilə bağlı konvensiya qüvvəyə minib. Hazırda müqavilənin iştirakçıları sırasına daha 50 ölkə daxildir. Qitədə daha 20 dövlətin 90-ə yaxın daimi və mövsümi qütb stansiyaları fəaliyyət göstərir.
17.06.2018 10:31 / Baxılıb: 241 /
Bu bölmədə ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |