Əfqanıstanda partlayış nəticəsində 26 nəfər ölüb

Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 26 nəfər ölüb,  50-dən çoxu xəsarət alıb.

Azadinform-un “Tolo News”a istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  

Partlayış taliblərin və təhlükəsizlik orqanlarının nümayəndələrinin birgə tədbirində terrorçu-kamikadze tərəfindən törədilib.

17.06.2018 10:08 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo