Daşkəsəndə minik maşını yük avtomobili ilə toqquşub

Daşkəsən rayonunda avtomobil qəzası baş verib.

Məlumata görə, hadisə rayonun Bayan kəndində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "Shagman" markalı yük maşını ilə toqquşub. 

Nəticədə minik maşınında olan iki nəfər, Şəmkir rayon Seyfəli kənd sakinləri, 1994-cü il təvəllüdlü Məmişov Nürəddin Mətləb oğlu və 1979-cu il təvəllüdlü Eynulla Məhəmmədəli oğlu Hüseynov xəsarət alıb. Hər ikisinə həkimlər tərəfindən ambulator yardım göstərilib və evə buraxılıb.

Qəzaya düşmüş minik maşınına isə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır. (report)

16.06.2018 18:23 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo