Neymar "Barselona"ya dönmək istəyir

Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniya təmsilçisi “Barselona”ya dönmək istəyir.

Azadinform “Marca”ya istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu artıq kataloniyalılarla əlaqə saxlayıb və onun transferi üçün danışıqlara başlanılmasını istəyib. Neymar “Atletiko”nun forvardı Antuan Qrizmannın “Barselona”ya keçidinin baş tutmadığı üçün bu addımı atıb.

Karyerasını Fransada davam etdirmək istəməyən Neymarın xidmətində “Real Madrid” də maraqlıdır.

Qeyd edək ki, Neymar 2013 – 2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, ötən yay 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.

16.06.2018 16:45 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo