Qəbələ Barselonaya qarşı

Samir Soltanov/AZADİNFORM. Çexiyada 16 yaşadək futbolçulardan ibarət komandalar arasında “All Stars Cup” turnirində ilk oyun gününə yekun vurulub. 

Azadinform xəbər verir ki, “Qəbələ”nin U-16 komandası birinci qrup mərhələsində 3 oyun keçirib. İlk turda Yaponiya təmsilçisi "Avispa Fukuoka" ilə qarşılaşan futbolçularımız meydanı xalsız tərk ediblər – 0:2. Yerli "Fastav Jlin"lə matçda isə komandamız 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Sonuncu turda Portuqaliyanın "Porto" klubu ilə qarşılaşan "Qəbələ"nin U-16 komandası 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran "qırmızı-qaralar" 3-cü yeri tutub. 

İyunun 16-da ikinci qrup mərhələsinin oyunları keçiriləcək. Komandamızın bu mərhələdəki rəqibləri öz qrupunda birinci olan Almaniya "Herta"sı, ikinci yeri tutan İspaniya "Barselona"sı və dördüncülüklə kifayətlənən Rusiya "Zenit"idir. İkinci qrup mərhələsinin görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən, ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.

16.06.2018 12:00 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo