Kreml: "Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü barədə danışmaq hələ tezdir"

Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi ehtimalını şərh edib.

Azadinform-un "RİA Novosti"yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyunun 14-də Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilk tanışlıq olub.

"Gələcək təmaslar barədə danışmaq hələlik tezdir", - deyə D.Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.

15.06.2018 15:27 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo