Baş nazir qanlı olaydan danışdı

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil.

Azadinform xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur: “Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”.

Qeyd edək  ki, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 8-i isə yaralanıb.

14.06.2018 23:57 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo