Goranboyda qəza nəticəsində 2 nəfər yaralanıb

Goranboy rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, Xoylu-Qaradağlı yolunda "VAZ-2107" markalı avtomobil ilə yük maşınının toqquşması zamanı "VAZ" sürücüsü və onun azyaşlı oğlu müxtəlif bədən xəsarətləri alıb.

1983-cü il təvəllüdlü sürücü Cəfərov İlyas Cingiz oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oğlu isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (report)

14.06.2018 23:36 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo