Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

Nikaraquada kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 154 nəfərə çatıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli İnsan Haqları Mərkəzi məlumat yayıb.

"Caraota Digital" portalının məlumatına görə, bu siyahıya təkcə təsdiq edilmiş ölənlər daxildir. Ona görə, ölənlərin ümumi sayı arta bilər. Çünki başqa öldürülənlər və itkin düşənlər barədə məlumatlar var, lakin bu məlumatlar rəsmi deyil.

Bundan əvvəl ölənlərin sayının 146 nəfər olduğu bildirilirdi.

14.06.2018 22:05 / Baxılıb: 254 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo