Türkiyədə AKP üzvlərinə hücum olub, 3 nəfər ölüb, 8-i yaralanıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onun birlikdə seçki kampaniyası aparan üzvlərə hücum olub.

Azadinform-un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb. 

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. 

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər. 

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

14.06.2018 20:11 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo