Sinoptiklər istirahət günləri üçün proqnoz verdi

Adəm Abbaslı/AZADİNFORM. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, iyunun 15-i gündüz Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

İyunun 16-sı səhər və gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.

İyunun 17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.

Lənkəran-Astarada iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında iyunun 15-16-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin iyunun 17-si gündüzdən 19-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 31-36, iyunun 17-19-da 27-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da iyunun 15-17-də arabir yağış, şimşək çaxacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gündə mülayim cənub küləyi üstünlük təşkil edəcək. İyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

14.06.2018 18:40 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo