Salah Uruqvayla oyuna çıxacaq

Samir Soltanov/AZADİNFORM. “Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in ilk oyununda Uruqvayla keçirəcəyi görüşdə meydana çıxa biləcək. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ektor Kuper məlumat verib. Oyun öncəsi mətbuat konfransında ulduz futbolçunun durumu ilə bağlı da danışan mütəxəssis onun ilk oyuna 100 faiz hazır olduğunu bildirib. 

Qeyd edək ki, A qrupunda yer alan Misir və Uruqvay milliləri arasında görüş sabah baş tutacaq. 

14.06.2018 17:54 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo