Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-may aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 9 milyard 897 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, beş ayda qaz nəqlinin 30,6 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 31,1 milyon kubmetr təbii qaz göndərilib.

14.06.2018 17:25 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo