Sözün Hikməti adlı kitabın təqdimatı olub Fotolar

Samir Soltanov/AZADİNFORM. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın baş təlimatçısı, Binəqədi Bələdiyyəsinin üzvü Kubra Əliyarlının sayca ikinci kitabı olan “Sözün Hikməti” adlı kitabının təqdimat mərasimi keçirildi. 

Azadinform xəbər verir ki, tədbiri giriş sözü ilə açan tədbirin aparıcısı YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev mərasimi açıq elan etdi. 

Giriş nitqi üçün söz YAP Binəqədi rayon təşkilatının sədri, kitabın ön söz müəllifi Ramiz Göyüşova verildi. Ramiz Göyüşov Kubra Əliyarlını uzun müddətdir tanıdığını qeyd edərək onun uğurlu ictimai-siyasi, yaradıcılıq fəaliyyətindən ətraflı bəhs etdi. Müəllifin yaradıcılıq uğurlarını təqdir edərək bu uğurların davamlı olacağını inamını ifadə etdi. Yaradıcılıq fəaliyyətinin istedad tələb etdiyini və bu xoşbəxtliyin isə hər kəsə nəsib olmadığını vurğuladı. Müəllifə uğurlar arzu etdi. 

Tədbirdə çıxış edən “Sözün Hikməti” kitabının müəllifi Kubra Əliyarlı kitabın ərsəyə gəlməsi haqqında məlumat verdi. Bildirdi ki, bu kitab 300-dən artıq aforizmi əhatə edir. Aforizmlərin, hikmətli sözlərin insan həyatındakı ciddi maarifləndirici rolundan danışaraq sözün nə qədər qiymətli və dəyərli bir xəzinə olduğunu xüsusi vurğuladı. Müəllif yaradıcılıq fəaliyyətini bu və ya digər janrlarda bundan sonra davam etdirəcəyini bildirdi. 

YAP Binəqədi rayon təşkilatının Şura üzvü, 284 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, fəlsəfə doktoru Nizami Novruzov kitabdakı çox böyük İlahi sevgidən bəhs etdi. Gənc bir yazar Kubra Əliyarlının aforizmlərində İlahi sevgini və İlahi ədaləti bu qədər yüksək səviyyədə tərənnüm etdirməsinin təqdirəlayiq olduğunu söylədi. Bu cür yaradıcı və istedadlı gənclərin bütün gənclərimizə örnək olduğunu diqqətə çatdırdı. 

YAP Binəqədi rayon təşkilatının Şura üzvü, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək gənclərin yaradıcılığa, ədəbiyyata maraqla yanaşmasının və öz istedadları üzərində çalışaraq onu daha da inkişaf etdirməsinin vacibliyini bildirdi. Bu baxımdan Kubra Əliyarlının gənc fəal olaraq yaradıcılıqla məşğul olmasını mühüm hadisə adlandırdı. O müəllifi təbrik edərək, yaradıcılıq uğurları arzu etdi. 

Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı gənclərin uğurlarının digər yaradıcı gənclərə əsl stimul olduğunu və bu cür kitabların ərsəyə gəlməsinin böyük zəhmətlə başa gəldiyini diqqətə çatdırdı. Kubra Əliyarlını ictimai-siyasi həyatda yaxından tanıdığını, eyni zamanda onun yaradıcı bir gənc olaraq bu cür uğurlarını mühüm hadisə adlandırdı. 

Şair Adil Həmidov müəllifi bir neçə şeir parçası səsləndirməklə təbrik edərək ona yaradıcılıq uğurları arzu etdi. O, müəllifi öz üzərində daim çalışan, savadlı, bilikli bir insan kimi tanıdığını və fəaliyyət göstərdiyi digər sahələrdə olduğu kimi yaradıcılıq sahəsində də daha böyük zirvələri fəth edəcəyinə əminliyini bildirdi.

Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova da çıxışında müəllifə ən xoş arzularını bildirərək yeni kitabının oxucular tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu qeyd etdi. 

14.06.2018 17:00 / Baxılıb: 464 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo