DİM magistr olmaq istəyən bakalavrlara müraciət etdi

Adəm Abbaslı/AZADİNFORM. 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi 20 iyun saat 10:00-dək uzadılıb.

DİM-dən Azadinform-a verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

14.06.2018 16:30 / Baxılıb: 390 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo