Dövlət Komitəsində Kollegiya iclası keçirilib

Adəm Abbaslı/AZADİNFORM. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Azadinform-un xəbərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 11-də keçirilmiş prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu, İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsinin xalq-iqtidar birliyinin möhkəmliyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısının mərkəzi icra hakimiyyəti orqanları, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr qoyduğu qeyd edilib, göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində ölkə vətəndaşları, onların sosial rifahı dayanır ki, bu baxımdan da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr prioritet hesab edilir. 

İclasda gündəlikdəki məsələlərə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib, onların yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.

14.06.2018 16:10 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo