DANA özüyeriyən artilleriya qurğularından atışlar keçirilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib. 

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

14.06.2018 15:33 / Baxılıb: 205 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo