Real Ronaldonun əvəzinə onu gətirir

Samir Soltanov/AZADİNFORM. 2009-cu ildə “Mançester Yunayted”dən 94 milyon avroya “Real”a transfer olan Kristiano Ronaldo vergidən yayınma cinayəti ilə günahlandırıldığı üçün İngiltərəyə qayıtmağa qərar verib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, portuqaliyalı futbol ulduzu yenidən “Qırmızı şeytanlar”ın formasını geyinəcək. İddialara görə, futbolçu 100 milyon avro qarşılığında “Mançester Yunayted”lə razılaşacaq. Madridin “Real” klubu isə Ronaldonun yerini Neymarla doldurmağa qərar verib. Ötən il Fransanın PSJ klubuna fantastik məbləğə (222 milyon avro) keçən braziliyalı futbolçuya Madrid təmsilçisi 300 milyon avro ödəməyə hazırdır. Məlumata görə, razılaşma mundialdan sonra gerçəkləşəcək.

14.06.2018 15:25 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo