Bu rayonlarda da torpaqların uçotu aparılır

Adəm AbbaslıAZADİNFORM. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir.

Komitədən Azadinform-a verilən məlumata görə, bu dəfə torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulan bölgələr Quba və Qusar rayonlarıdır.

Qusarda iyunun 14-də bu istiqamətdə görüləcək işlərin izahı, gözlənilən nəticələr və onun gələcək perspektivləri ilə bağlı rayon ərazisində maarifləndirici tədbir keçirilib.

Komitə ilə yanaşı, Qusar Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, bu sahə ilə bağlı olan dövlət qurumlarının nümayəndələri, o cümlədən, mülkiyyətçilər, sahibkarlar və media nümayəndələri tədbirin iştirakçısı idilər. Qeyd edək ki, analoji tədbir iyunun 13-də Quba rayonunda da baş tutub.

Bildirilib ki, rayonda elektron kadastr uçotunun aparılması torpaqların təyinatı, kəmiyyət və keyfiyyət göstəricisi üzrə real elektron kadastr məlumat bazasının yaradılmasına və dəqiq xəritələrin tərtibinə səbəb olacaq. Buradan torpaqların qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərin daha çox iqtisadi fayda verəcəyi müəyyənləşəcək.

Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırki real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqlar aradan qalxacaq. Həyata keçirilən bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarəti daha da təkmilləşəcək. Belə ki, elektron kadastr məlumatları qanunsuz tikililərin, zəbt olunmuş, istifadədən kənar qalan torpaq sahələrini müəyyənləşdirməyə şərait yaradacaq. Eləcə də bu sistemin hər iki rayonda istifadəyə verilməsi vətəndaşların əmlaklarına dair çıxarış alması prosesini daha sadə və çevik həyata keçirməyə imkan yaradacaq.

Tədbirdə rayon üzrə reallaşacaq olan elektron kadastr məlumat bazasının tətbiqi və rəqəmsal xəritələr ilə bağlı iştirakçıları maraqlandıran suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Sonda elektron kadastr işləri ilə bağlı təşkilati məsələlər işgüzar formatda müzakirə edilib.

14.06.2018 15:19 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
    17.10.2018
    Neft bahalaşıb
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo