Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başa çatır

Adəm Abbaslı/AZADİNFORM. Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a verilən məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

14.06.2018 15:11 / Baxılıb: 377 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo