Azərsu da gücləndirilmiş iş rejiminə keçir

Samir Soltanov/AZADİNFORM. 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verolən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək. 

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

14.06.2018 15:05 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo